İspaniya

“Real”ı axmaq adlandırdı: Ardanı alıblar, onu yox

SSRİ yığmasının sabiq futbolçusu və mütəxəssis Aleksandr Bubnov “Lokomotiv”in lideri Aleksey Batrakovun bacarıqları və potensialı barədə fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Bubnovun fikrincə, Batrakov “Real”ın futbolçusu Arda Gülərdən heç də geri qalmır:

“O, düşüncə sürəti baxımından Gülərdən zəif deyil. Elə bil kompüter kimi işləyir. Bunu hamı qeyd edir, hətta xarici mütəxəssislər də. Daha sərt döyüşçü kimdir. Arda, yoxsa Aleksey? Mən qol+pas göstəricilərini demirəm artıq. Gülər orada dincəlir. Batrakova sadəcə topu ötürmək lazımdır, o da qalan işini görür. O, həm ötürmələr edir, həm də qol epizodları yaradır. Ardanı alıblar, Batrakovu yox. Bu baxımdan, onlar axmaqdırlar”.

Aut.az