“Qalatasaray”dan “Betis”ə təklif: Onu icarəyə götür
Türkiyənin “Qalatasaray” klubu İspaniyanın “Betis” klubuna komandanın hücumçusu Sedrik Bakambanı icarəyə götürməyi təklif edib.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Santi Auna “X” sosial şəbəkəsində yazıb.
Mənbənin məlumatına görə, türk klubu afrikalını mövsümün sonuna qədər almaq hüququ ilə icarəyə götürməyi təklif edib. Bundan başqa, futbolçunun özü də İspaniya klubuna keçməkdə maraqlıdır. 32 yaşlı forvard bu mövsüm “Qalatasaray”ın heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
“Tranfermarkt” internet portalının məlumatına görə, oyunçunun bazar dəyəri 2,8 milyon avrodur.
Futbolçu əvvəllər “Soşo”, “Bursaspor”, “Vilyarreal”, “Beijing Guoan”, “Marsel”, “Olimpiakos” və “Əl-Nəsr” kimi klublarda çıxış edib.
Aut.az
