Türkiyə

Türkiyə klubu kolumbiyalını icarəyə götürdü

Ukrayna “Metalist”inin kolumbiyalı forvardı Brayan Riaskos karyerasını “Qaziantep”də davam etdirəcək.

Aut.az xəbər verir ki, Türkiyə klubu futbolçunu 1 mövsümlük icarəyə götürdüyünü açıqlayıb. Amma “Qaziantep” Riaskosu almaq opsiyasına sahib olacaq.

Brayan Riaskos 2021-ci ilin yayında 600.000 avroya Portuqaliya “Nasional”ından “Metallist”ə keçib. O, Xarkov komandasının heyətində 18 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

Riaskos ötən mövsümü icarə əsasında Səudiyyə “Əl-Xəlic”i və Portuqaliya təmsilçisi “Maritimo”da keçirib.

Aut.az