“Bavariya” Tuxelin o sözlərindən sonra bəyanat yaydı
“Bavariya”nın baş məşqçisi Tomas Tuxelin gələcəyi ilə bağlı açıqlamalarından sonra klub rəsmi açıqlama yayıb.
Aut.az xəbər verir ki, açıqlamanı klubun mətbuat xidməti yayıb.
Qeyd edək ki, Tuxel İspaniya çempionatını tərifləmiş, La Liqa klublarından birini çalışdırmaq arzusunda olduğunu bildirmişdi.
O, bunu “Barselona”nın baş məşqçisi Xavi istefa verdiyini elan etdikdən bir gün sonra açıqlayıb.
“Bazar günü fan-klubla görüş zamanı baş məşqçimiz Tomas Tuxeldən azarkeşlər onun məşqçilik karyerası və PSJ və “Çelsi” təcrübəsi barədə soruşdular və o, təbii olaraq müzakirə zamanı bu barədə məlumat verib.
O, İspaniyanın bir futbol ölkəsi olması ilə bağlı azarkeşlərin ümumi suallarını da cavablandırıb. O, heç vaxt Xavi və onun varisi haqqında danışmayıb.
Məşqçimizə qarşı hər zaman eyni mənbədən gələn bu cür qeyri-real bəyanatları qəbul etmirik”, – deyə məlumatda bildirilir.
Aut.az
