Azərbaycan futbolu

“Qarabağ”ın legioneri oynadı?

Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində bir sıra qarşılaşmalar baş tutub.

Aut.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin çıxış etdiyi Kabo-Verde milli komandası bu mərhələdə Mavritaniya yığması ilə qarşılaşıb.

Görüş Andradenin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun üzvü oyunu ehtiyat oyunçular skamyasından izləyib.

Qələbə Kabo-Verdeni 1/4 finala çıxarıb və onların rəqibi Mərakeş – CAR cütünün qalibi olacaq.