“Bavariya” onun özü ilə razılaşdı, qaldı klubu
“Bavariya” “Bayer”in 22 yaşlı yarımmüdafiəçisi Florian Virtslə razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Mənbənin sözlərinə görə, alman nəhəngi Virtsin transferi üçün “əczaçılar”a 100 milyon avro təklif etməyə hazırdır. 22 yaşlı yarımmüdafiəçinin klublar razılığa gələ bilməyəcəyi təqdirdə “Bavariya”ya keçmək üçün 2026-cı ilə qədər gözləməyə hazır olduğu vurğulanır.
Bu mövsüm Virts bütün yarışlarda 43 oyun keçirib, 16 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 140 milyon avrodur.
Aut.az
