“Nyukasl” araşdırdı: Qışda “Bavariya”dan ayrılmaq istəmir
Coşua Kimmix “Nyukasl”ın maraq dairəsinə düşüb.
Aut.az xəbər verir ki, bu barədə “Bild”in jurnalisti Kristian Falk məlumat yayıb.
İngiltərə klubu “Bavariya”nın yarımmüdafiəçisinin transferinin mümkünlüyü ilə bağlı araşdırma aparıb.
Futbolçu qış transfer pəncərəsində komandasını dəyişməkdə maraqlı olmasa da, yayda müxtəlif variantları nəzərdən keçirə bilər. Münhen klubu danışıqlara hazırdır.
Daha əvvəl PSJ -nin Kimmixlə maraqlandığı haqda məlumat verilmişdi.
Coşuanın “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Aut.az
