Osimhen üçün sürpriz təklif: Laurentis hansı qərarı verəcək?
Bu mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin ulduzu, nigeriyalı hücumçusu Viktor Osimhen “Yuventus”a keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Turin klubu nigeriyalının transferi üçün bonuslar da nəzərə alınmaqla 85 milyon avro ayırmağa hazırdır.
Futbolçunun müqaviləsindəki bəndin 75 milyon avro olduğu, ancaq bunun yalnız xarici klublara şamil edildiyi qeyd olunur. Buna görə də futbolçunun satılması ilə bağlı yekun qərarı klubun prezidenti Aurelio De Laurentis verəcək.
Osimhen hazırda Türkiyənin “Qalatasaray” klubunda icarə əsasında çıxış edir. O, 35 matçda 33 qol vurub, 6 məhsuldar ötürmə edib.
Aut.az
