Tibbi müayinədən keçdi, məlum oldu ki…
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba yeni mövsümün startını buraxacaq.
Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Poqbanın yeni zədəsi yoxdur. Lakin bu gün 30 yaşlı fransalı yarımmüdafiəçi tibbi müayinədən keçib və onun hələ oyuna qayıtmağa hazır olmadığı məlum olub.
Onun qayıdışı sentyabrın sonu və ya oktyabrın əvvəlində baş tutacaq.
Xatırladaq ki, Poqba bir sıra zədələrə görə, demək olar ki, bütün son mövsümü buraxmışdı. O, “Yuventus”un bütün yarışlarda cəmi 10 oyununda iştirak edib və ümumilikdə 161 dəqiqə meydanda olub.
