Formaları mağazadan, şəkilləri arenadan yığışdırıldı
PSJ-nin hücumçusu Kilian Mbappenin bütün formaları klubun rəsmi fan-şopundan yoxa çıxıb.
Aut.az xəbər verir ki, bu barədə “El Golazo de Gol” məlumat yayıb.
Həmçinin “Park des Princes” stadionundan futbolçunun şəkli də yığışdırılıb.
Mbappenin fransız klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Bildirilib ki, idmançı daha bir mövsüm üçün avtomatik yenilənməni aktivləşdirməkdən imtina edib və müqavilənin sonunda komandanı tərk etmək istəyir. Hücumçu mövsümöncəsi turneyə aparılmayıb.
