Dünya futbolu

Neymar “Santos”a qayıdır? – Özü cavab verdi

“Əl-Hilal”ın hücumçusu Neymar “Santos”a qayıtması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Aut.az xəbər verir ki, braziliyalı futbolçu bu sözləri deyib:

“Heç bir şans yoxdur. Bu cəfəngiyatdır, mənim “Əl-Hilal”la daha bir il müqaviləm var. “Santos”u dəstəkləyirəm. Ümid edirəm ki, bir gün qayıdacağam, amma hələlik bütün diqqətimi “Əl-Hilal”a yönəltmişəm. Ümid edirəm ki, zədədən sonra əla mövsüm keçirəcəm”.

Qeyd edək ki, Neymarın Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.

Aut.az