Dünya futbolu

Tarixin ən texnikalı futbolçuları: Birinci yerdə kimdir?

Britaniyanın nüfuzlu “Give Me Sport” portalı tarixin ən texnikalı futbolçularının reytinqini dərc edib.

Aut.az xəbər verir ki, reytinqdə birinci yeri braziliyalı əfsanə Ronaldinyo tutur. “Sehrbaz” 2005-ci ildə “Qızıl top”un qalibi və 2002-ci ildə dünya çempionudur.

Reytinqdə ikinci və üçüncü yerlərdə Ronaldinyonun həmyerlisi Ronaldo Nazario və “İnter Mayami”nin hücumçusu Lionel Messidir.

Üçqat “Qızıl top”un sahibi Yohan Kroyff dördüncü, Dieqo Maradona isə beşincidir.

“İlk onluq”da həmçinin Zinəddin Zidan, Tyerri Anri, Neymar, Rikardo Kuarejma və Kriştiano Ronaldo yer alıb.

Aut.az

Tarixin ən texnikalı futbolçuları: Birinci yerdə kimdir?