Dünya futboluİspaniya

Həmin Ramosdur: Dünyanın ən çox qırmızı vərəqə alan futbolçusu oldu

“Monterrey”in ispan müdafiəçisi Serxio Ramos peşəkar karyerasında 30-cu qırmızı vərəqəsini Meksika çempionatının 12-ci turunda “Pumas”la oyunda alıb.

Aut.az xəbər verir ki, Ramos  dünya ölkələrinin birinci və ikinci divizionları, kuboklarda və milli komandalarda keçirilən oyunlar nəzərə alınmaqla, tarixdə ən çox qırmızı vərəqə alan futbolçu olub.

Bundan əvvəlki rekordçu karyerası ərzində 29 qırmızı vərəqə alan panamalı Felipe Baloy idi.

Ramos bundan əvvəl “Real Madrid”in futbolçusu kimi 26 dəfə, PSJ-nin heyətində iki dəfə və “Sevilya”nın futbolçusu kimi bir dəfə qırmızı vərəqə alıb. Eyni zamanda, ispaniyalı futbolçu İspaniya millisinin heyətində 180 oyun keçirib.

Aut.az