Yamal millinin oyunları zamanı da oruc tutacaq?
Lamin Yamal İspaniya millisinin martda keçiriləcək oyunları zamanı da oruc tutacaq.
Martın 20 və 23-də İspaniya millisi Millətlər Liqasının 1/4 finalında Niderland yığması ilə görüşlər keçirəcək .
“Barselona”nın və İspaniya millisinin cinah oyunçusu Lamin Yamal bu oyunlar zamanı da oruc tutmağa qərar verib. İspaniya millisi ilk dəfədir ki, belə halla qarşılaşır: 2024-cü ilin Ramazan ayı da millinin oyunları ilə üst-üstə düşsə də, həmin vaxt Yamal oruc tutmayıb.
İspaniya yığmasında daha əvvəl oruc tutan Adama Traore və Ansu Fati kimi oyunçuları olub, lakin onların İspaniya millisində heç bir matçı orucluq ayına təsadüf etməyib.
Aut.az
