İngiltərəİspaniya

Xavi İngiltərə nəhənginə niyə “yox” deyib?

“Barselona”nın keçmiş baş məşqçisi Xavi bu mövsüm “Mançester Yunayted”i çalışdıra bilərmiş.

Aut.az xəbər verir ki, bu barədə “Relovo” məlumat yayıb.

İngiltərə klubu ispaniyalı mütəxəssisi Erik ten Haqın əvəzedicisi hesab edib. Lakin o, 2025-ci ilin yayına qədər istirahət etmək qərarına gəlib. Ona görə də bir neçə iş təklifini rədd edib.

Ruud van Nistelroy ten Haqın gedişindən sonra müvəqqəti məşqçi kimi mövsümü tamamlasaydı, Xavinin mövsümün sonunda “Mançester Yunayted”ə gəlişi baş tutacaqdı.

45 yaşlı ispaniyalı 2024-cü ilin iyununda “Barselona”dan ayrıldıqdan sonra işsizdir. O, həmçinin Qətərin “Əl Sədd” klubunda da çalışıb.