“Real” rəhbərliyi bu xəbəri ona çatdırdı
Karlo Ançelotti növbəti mövsümdə də “Real”da fəaliyyətini davam etdirəcək.
Aut.az xəbər verir ki, “Marca”nın jurnalisti Ramon Alvares de Montun sözlərinə görə, Madrid klubu iki həftə əvvəl məşqçiyə onun növbəti mövsümdə də komandanın başında qalacağını çatdırıb.
Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. İtalyan mütəxəssisin müqaviləsi 2023/24 mövsümünün sonuna qədər qüvvədədir.
Ançelottinin rəhbərliyi altında “Real” bu mövsüm Avropa Superkubokunu, Klublararası Dünya Kubokunu və Kral Kubokunu qazanıb. Komanda Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə qarşılaşacaq.
Aut.az
