İspaniya

“Real”ın kapitanı o olacaq

“Real”da 34 yaşlı yarımmüdafiəçi Naço Fernandes komandadan getdiyi üçün kapitan dəyişəcək.

Aut.az xəbər verir ki, yarımmüdafiəçi tezliklə Səudiyyə Ərəbistanının “Əl-Kadisiyyə” klubunun futbolçusu olacaq.

“Real”da kapitan sarğısı 2024/2025 mövsümü üçün xorvatiyalı yarımmüdafiəçi Luka Modriçə keçəcək. Komandanın ikinci kapitanı müdafiəçi Daniel Karvaxal olacaq.

Bildirilir ki, “Real Madrid”in kapitanlığına namizədlər siyahısında daha sonra Lukas Vaskes, Federiko Valverde, Tibo Kurtua və Vinisius Junior yer alır.

Aut.az