Digər

Paris-2024-ün təşkilatçılarının planları pozuldu

ABŞ komandası idmançılarının rahatlığı üçün Yay Olimpiya Oyunlarına öz kondisionerləri ilə yollanacaq.

Aut.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Amerika nümayəndə heyəti bunu təşkilatçıların karbon emissiyalarını azaltmaq planına zidd olaraq etməyi planlaşdırır. ABŞ Olimpiya Komitəsinin rəhbəri Sara Hirshland idmançıların Olimpiya kəndində qaldıqları müddətdə rahatlığının təmin edilməsinin uğurlu çıxış üçün kritik amil olduğunu söyləyib.

Almaniya, Avstraliya, İtaliya, Kanada və Böyük Britaniyadan olan nümayəndə heyətləri də Parisə öz kondisionerlərini gətirməyi planlaşdırırlar.

Paris meri Ann Hidalqo daha əvvəl Olimpiadanı ekologiya baxımından nümunə etmək istədiyini demişdi.

Aut.az