Dünya futbolu

Neymar yenə poker oynadı: Bu məşhurlarla – FOTO

Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Braziliya millisinin hücumçusu Neymar yenə də poker oynayıb.

Aut.az xəbər verir ki, Neymar bu dəfə “Mayami”nin basketbolçusu Cimmi Batler və meksikalı ulduz boksçu Rayan Qarsiya ilə birgə poker oynayıb.

Müvafiq fotolar “Bleacher Report”un “X” sosial şəbəkəsində yer alıb.

Xatırladaq ki, Neymar ötən ilin oktyabr ayından çarpaz bağın yırtığı zədəsindən bərpa olunur. Bundan əvvəl mətbuatda 32 yaşlı futbolçunun reabilitasiya prosesinin ləngidiyi barədə məlumatlar yayılmışdı.

Batler zədə səbəbindən NBA-nın pley-off mərhələsinin bütün ilk raundunu buraxdı.

Qarsiya aprelin 21-də həmyerlisi Devin Heyni məğlub etdikdən sonra narkotik testindən keçə bilmədiyi üçün ən azı bir il müddətinə diskvalifikasiya edilib.

Aut.az

Neymar yenə poker oynadı: Bu məşhurlarla – FOTO