Məhkəmənin qərarından sonra danışdı: qızının ölümündən istifadə edib…
Milan məhkəməsi “İnter”in hücumçusu Lautaro Martinesi keçmiş dayəsini işdən qovduğuna görə onun ailəsinə pul təzminatı ödəməyə məcbur edib.
Aut.az xəbər verir ki, bu barədə “Sportitalia” məlumat yayıb.
Futbolçu 27 yaşlı dayəsinin sağalmaz xəstəliyindən xəbər tutduqdan sonra onu işdən çıxarıb. Bundan əvvəl o, 8 ay onun ailəsində işləyib və daha sonra ölüb.
Dayənin ailəsi futbolçunu məhkəməyə verib. Məhkəmə onların tələblərini təmin edib. Martines məsələyə münasibət bildirib.
“Bizə hörmət etməyən ailəyə hörmət əlaməti olaraq uzun müddət susdum. Ancaq ailəmi rüsvay etmələrinə icazə verməyəcəyəm. Onsuz da xəstə olan və uzun illər dostumuz olan bir adamı işə götürdük.
O və ailəsi üçün çox şey etdik. Biz onların biletlərinin pulunu ödədik, müalicəsində, ailəsi üçün mənzil tapmasında ona kömək etdik.
Bütün bunlardan sonra qızlarının ölməsini gözlədilər ki, bizdən pul çıxarıb vəziyyətdən maksimum yararlanmağa çalışsınlar.
Biz ona lazım olanda kömək etdik, indi bizi ləkələməyə çalışırlar? Sən necə adam olmalısan ki, qızının ölümündən istifadə edib pul qazanasan?”, – Martines sosial şəbəkələrdə yazıb.
Aut.az
