Dünya futbolu

Ulduz futbolçu autsayderlə anlaşdı – FOTO

Portuqaliya çempionatının elit divizionunun autsayderi “Estrela Amadora” ulduz futbolçu Luis Nani ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, 37 yaşlı veteranla müqavilə bir il müddətinə – 2025-ci ilin yayına qədər qüvvədədir.

Nani azad agent kimi “Estrela Amador”a keçib. O, əvvəlki mövsümü Türkiyənin “Adana Dəmirspor” klubunda keçirib.

Ötən mövsüm “Estrela Amadora” Portuqaliya çempionatını keçid zonasından cəmi bir xal çox toplayaraq 14-cü yeri tutaraq elitada yerini qoruya bilmişdi.

Ulduz futbolçu autsayderlə anlaşdı – FOTO

Aut.az