Xeyli təklif alıb, amma deyib ki…
“İnter”in hücumçusu Lautaro Martinesin agenti futbolçunun Səudiyyə Ərəbistanına keçidi düşünüb-düşünmədiyini açıqlayıb.
“Lautaro “İnter”dən başqa heç nə eşitmək istəmir. Səudiyyə Ərəbistanı vəsvəsələrlə dolu bir bazardır və onun çoxlu təklifləri var idi, amma təkcə oradan deyil.
Mən ona bu təklifləri deyəndə belə cavab verdi: “İnter, yalnız “İnter”. O, burada çox şeyə malikdir. O, “İnter”də qalmaq istədiyi üçün bir çox variantdan imtina edib”, – agent TV Play-ə müsahibəsində deyib.
Aut.az
