2-ci dəfə mükafatlandırıldı
“İnter”in baş məşqçisi Simone İnzaqi A seriyasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.
Aut.az xəbər verir ki, mütəxəssis əməyinə görə layiq görüldüyü mükafatı fevralın 4-nə planlaşdırılan “Yuventus”la oyundan əvvəl alacaq.
Yanvarda İnzaqinin rəhbərliyi altında “İnter” üç qələbə qazanıb – “Verona” (2:1), “Monza” (5:1) və “Fiorentina” (1:0).
Bu, İnzaqinin 2023/24 mövsümü üçün ayın məşqçisi kimi ikinci mükafatıdır.
