İngiltərəAlmaniya

“Yunayted” onu “Verder”ə satdı

“Mançester Yunayted”in hücumçusu İsak Hansen-Aaroen karyerasını “Verder Bremen”də davam etdirəcək.

Aut.az xəbər verir ki, bu barədə Almaniya komandasının mətbuat xidməti məlumat yayıb.

19 yaşlı norveçli hücumçunun mankunianlarla müqaviləsi 2024-cü ilin yayında başa çatdığı üçün tərəflər Bremen “Verder”inə keçməyə qərar verib. Transfer məbləği göstərilmir.

“Verder”ə keçmək mənim üçün doğru addımdır. Belə bir böyük klub üçün Bundesliqada oynamaq imkanım olduğu üçün şadam”, – futbolçu deyib.

Aut.az