Ən yaxşılar açıqlandı
Milli Basketbol Assosiasiyasının (MBA) yanvar ayının nəticələrinə əsasən Şərq və Qərb Konfransında ən yaxşı oyunçularının adları açıqlanıb.
Aut.az xəbər verir ki, qərbdə ən yaxşı titulu “Foneks Sans”ın müdafiəçisi Devin Bokerə verilib. Şərqdə isə “Klivlend Kavalyers”in üzvü Donovan Mitçel bu nominasiyada hamını üstələyib.
Yanvarda Boker hər oyunda orta hesabla 30 xal, 4,4 ribaund və 6,3 asistlə yadda qalıb. Devinin yer aldığı “Feniks” 11 görüşdə qalib gəlib və 5 məğlubiyyətlə üzləşib.
Miçelə gəlincə, hər oyunda orta hesabla 28,6 xal, 5,2 ribaund və 7,6 məhsuldar ötürmə əldə edib. Klivlend təmsilçisi də də 11 matçda qalib gəlsə də, yalnız iki məğlubiyyətlə üzləşib.
“Foneks Sans” Qərb konfransında 6-cı, “Klivlend Kavalyers” isə Şərqdə 4-cüdür.
