Mövsümün ən yaxşı debütantı açıqlandı
Milli Basketbol Assosiasiyası (NBA) 2025/26 mövsümünün ən yaxşı debütantını açıqlayıb.
Aut.az xəbər verir ki, mükafata “Dallas Mevriks”in forvardı Kuper Fleqq layiq görülüb. 19 yaşlı basketbolçu 70 oyunda iştirak edib və hər matçda orta hesabla 21 xal toplayıb, 6,7 ribaund və 4,5 məhsuldar ötürmə ilə yadda qalıb.
İkinci yeri “Şarlott Hornets”in müdafiəçisi Kon Knippel tutub (18,5 xal, 5,3 ribaund və 3,4 assist, 81 oyun). Üçüncü pillədə isə “Filadelfiya 76ers”in mühafizəçisi VC Edcekombe qərarlaşıb (16 xal, 5,6 ribaund, 4,2 assist, 75 oyun).
Aut.az
