Avropanın ən yaxşı basketbolçularından biri ABŞ-da həbs edildi: 20 il…
Avropanın ən yaxşı basketbolçularından biri olan Ben Maklemor 2021-ci ildə bir qızı zorladığı üçün ABŞ-da həbs edilib.
Günahı sübuta yetirilsə, onu 20 il həbs cəzası gözləyir.
Aut.az xəbər verir ki, MBA-da doqquz il keçirən Maklemor Portlendə eniş edərkən saxlanılıb və dərhal həbsxanaya göndərilib. Bu barədə ESPN məlumat yayıb.
Konkret olaraq, adı açıqlanmayan bir qız 2021-ci ilin oktyabrında “Portlend”də oynayarkən basketbolçu tərəfindən zorladığını iddia edərək polisə şikayət edib.
Polisin bildirdiyinə görə, Maklemor zorlama, qeyri-qanuni cinsi əlaqə və iki cinsi təcavüzdə ittiham olunur və maksimum 20 il həbs cəzası ala bilər.
O, ittihamları rədd edib:
“Mən ona təcavüz etməmişəm. Bir qadın mənə bunu istəmədiyini bildirəndə mən heç vaxt cinsi əlaqəyə girməyə cəhd etməmişəm. İttiham tərəfi vəkillərimə iddiaları ilə bağlı heç bir sübut təqdim etməyib. Həqiqət ortaya çıxacaq. Mən əminəm ki, bu işdən təmiz çıxacağam”.
Aut.az
