Kloppdan sonra belə uğurlu olmamışdılar
Dortmund “Borussiya”sı Bundesliqanın 25-ci turu çərçivəsində səfərdə “Verder”ə qalib gəlib – 2:1.
Aut.az xəbər verir ki, “arılar ” 2023-cü ilin noyabr ayından Almaniya çempionatında səfər matçlarında uduzmur. Klubun məğlubiyyətsiz seriyası artıq 8 matçdır (4 qələbə və 4 heç-heçə) davam edir.
“Opta”ya görə, bu, Yurgen Kloppdan sonra Dortmund klubu üçün ən yaxşı dövrdür. Məhz almaniyalı mütəxəssisin rəhbərliyi altında Dortmund klubu 2012-2013-cü illərdə Bundesliqada 10 səfər matçını məğlubiyyətsiz başa vurmuşdu.
