Tovuzda Qənirə Paşayevanın xatirəsi anıldı – VİDEO
Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Neftçi” oyunundan öncə sentyabrın 28-də vəfat edən Milli Məclisin deputatı Qənirə Paşayevanın xatirəsi anılıb.
Aut.az xəbər verir ki, qarşılaşma başlamamışdan əvvəl arenada mərhum millət vəkilinin klubla münasibətlərini əks etdirən görüntülər yayımlanıb. Tamaşaçılar həmin videonu ayaq üstə izləyiblər.
Daha sonra Qənirə Paşayevanın əziz xatirəsinə 1 dəqiqəlik sükut elan olunub.

Aut.az
