Azərbaycan futbolu

Qurban Qurbanov cəzalandı

“Qarabağ” Premyer Liqanın VII turunda “Qəbələ”ni məğlub edib – 2:1.

Aut.az xəbər verir ki, oyunun sonlarına yaxın “atlılar”ın baş məşqçisi Qurban Qurbanov qırmızı vərəqə alaraq meydandan qovulub. Mütəxəssis hakimin qərarlarına etirazına görə cəzalanıb.

Matçın ilk hissəsində “Qarabağ”dan müdafiəçi Kevin Medina, “Qəbələ”dən isə məşqçi Rasim Ramaldanov qovulub.