Şoka düşüb, polisə müraciət etməyəcək, amma…
Neymar bu yay PSJ-ni tərk etmək haqda ciddi düşünür.
Aut.az xəbər verir ki, buna səbəb Paris klubunun azarkeşlərinin davranışı olub. Xatırladaq ki, bir qrup azarkeş Neymarın evinin qarşısında etiraz aksiyası keçirərək, onu təhqir etmiş, klubdan getməsini tələb etmişdilər.
“Telefoot” xəbər verir ki, azarkeşlərin davranışı Neymarı şoka salıb, lakin hücumçu polisə şikayət etməyi planlaşdırmır. Amma braziliyalı yayda klubdan ayrılmaq haqda ciddi düşünməyə başlayıb.
Daha əvvəl “L’Equipe” xəbər vermişdi ki, PSJ Neymarı icarəyə verə bilər.
Aut.az
