Dünya futboluİspaniya

Levandovski karyerası ərzində ən dəyərli məsləhəti kimdən alıb?

Robert Levandovski müxtəlif idman növlərində uğurlu idmançıların fiziki və zehni aspektlərinin müzakirə olunduğu “High Performance” podkastında görünüb.

Aut.az xəbər verir ki, uzun karyerası ərzində müxtəlif nəsillərin görkəmli məşqçiləri və oyunçuları ilə işləyən polyak aldığı ən dəyərli məsləhət haqda danışıb:

“Tyerri Anri bir dəfə mənə Arsen Venger haqqında bir hekayə danışdı. Oyundan və ya məşqdən sonra Anri Vengerə yaxınlaşıb daha yaxşı futbolçu olmaq üçün nə edə biləcəyini soruşub.

Arsen Venger ona belə cavab verib: “Bilmirəm, bunu özünüz öyrənməlisiniz”.

Bu sözlər haqqında düşünməyə başladım, çox yaxşı məsləhətdir. Düşünürəm ki, öz həyat hekayəm də bununla səsləşir: öz yolumu tapmalı, futbolumu necə inkişaf etdirəcəyimi, inkişaf yolumda növbəti addımı atmaq üçün nə üzərində işləməli olduğumu anlamalı idim.

Və bunu başqalarından öyrənmək yox, özünüz anlamalısınız. Əgər bunu özünüz anlamasanız, kifayət qədər özünəhörmət qazana bilməyəcəksiniz.

Aut.az