“Napoli”nin əfsanəsi Avropaya qayıdır
“Napoli” tarixində ən yaxşı oyunçulardan biri sayılan Lorenzo İnsinye “Toronto” ilə əməkdaşlığı vaxtından əvvəl dayandırmaq barədə razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilənin qarşılıqlı razılaşma əsasında ləğvinə qərar verib. Beləliklə, 34 yaşlı cinah oyunçusu azad agent statusu alıb.
İnsinyenin əsas arzusu İtaliyaya qayıtmaq olsa da, hazırda ona Qətər, Səudiyyə Ərəbistanı və Türkiyədən maraq göstərən klublar var.
Lorenzo İnsinye 2022-ci ilin yayında “Napoli”dən “Toronto”ya azad transferlə keçmişdi. Kanada klubunun heyətində 76 oyuna çıxan futbolçu 19 qol vurub, 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Karyerasının böyük hissəsini keçirdiyi “Napoli”də isə o, kapitanlıq edib. “Partenopei”nin heyətində 434 matçda 122 qola və 95 məhsuldar ötürməyə imza atıb.
Aut.az
