Etimadı itiriblər: “Real” onlarla müqaviləni uzatmayacaq
“Real” iki fransız futbolçunu – Ferland Mendi və Aurelien Tçuameni satmaq istəyir.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes.net” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, hər iki futbolçu komandanın baş məşqçisi Karlo Ançelottinin etimadını itirib. “Kral klubu” onlarla müqavilələri yeniləmək niyyətində deyil.
2024/25 mövsümündə Aurelien klub səviyyəsində 20 oyun keçirib. Ferland Mendi 17 oyunda meydana çıxıb. Onların heç biri effektiv hərəkətlə yadda qalmayıb.
Aut.az
