Ançelotti: Bu futbolçu “Real”ın gələcəyi olacaq
“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Niko Pazın oyun keyfiyyətlərini yüksək qiymətləndirib.
Aut.az xəbər verir ki, 20 yaşlı futbolçu barədə bu sözləri deyib:
“Paz yaxından izlədiyimiz oyunçudur. O, çox bacarıqlıdır və böyük istedada malikdir. “Real”da keçirmədiyi bu mövsüm onun üçün çox faydalıdır. İnanırıq ki, bu futbolçu Madrid komandasının gələcəyi olacaq”.
Qeyd edək ki, bu mövsüm Paz İtaliyanın “Komo” klubunda icarə əsasında çıxış edir. O, 16 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
