“Barsa” səs-küylü transferə hazırlaşır – Prezident açıqladı
“Barselona”nın prezidenti Joan Laporta klubun bu yay transfer siyasəti haqqında danışıb.
Aut.az xəbər verir ki, onun sözlərini ESPN sitat gətirib.
“Biz artıq Joan Qarsiyanı almışıq, indi isə səs-küylü və maraqlı müqavilə üzərində işləyirik”, – Laporta deyib.
Bir gün əvvəl “Barsa” “Espanyol”un qapıçısı Qarsiyanı 25 milyon avroya transfer etdiyini açıqlamışdı .
Bu transfer fonunda Mark-Andre ter Stegenin “Qalatasaray”a mümkün gedişi ilə bağlı söz-söhbətlər ortaya çıxdı .
“Mançester Yunayted”in hücumçusunun “Barselona”ya keçmək istəyi də məlum olub.
Aut.az
