İngiltərə

Sabiq baş direktordan xəbərdarlıq: “Liverpul” tamamilə…

“Liverpul”un keçmiş icraçı direktoru Piter Mur klubun gələcəyi ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, Mur mersisayd klubunun Yurgen Kloppun gedişindən sonra tamamilə yenidən qurulacağı ilə bağlı xəbərdarlıq edib.

“Klub tamamilə yenidən qurulma ərəfəsindədir. Axı təkcə Klopp deyil, həm də Leynders və Kravets (Yurgenin köməkçiləri – red.) də gedəcək. Bundan əlavə, “Liverpul”a yeni idman direktoru lazımdır. Söhbət təkcə baş məşqçidən getmir. Mersisaydlı azarkeşlər menecerləri əfsanəyə çevirirlər. Onlar bizim üçün qələbə və məğlubiyyətlərdən daha çox şey deməkdir”, – deyə Murun sözlərini “talkSPORT” agentliyi yayıb.

Xatırladaq ki, yanvarın 26-da Yurgen Klopp bu mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını bildirib.

Aut.az