İspaniya

“Barsa” ilə belə zarafat etdi – FOTO

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem İspaniya çempionatının 11-ci turunda baş tutan “el klasiko”da (2:1) qalib gəldikdən sonra “Barselona”ya zarafat edib.

Qeyd edək ki, bu görüşdə futbolçu dubla imza atıb.

Aut.azxəbər verir ki, Bellinqem sosial media hesabında özünün və “Real”ın digər 3 futbolçusunun “The Beatles” üzvü kimi çəkilmiş şəklini “Abbey Road”un üz qabığında yerləşdirib.

“Barselona” bu matça “Rolling Stones” loqosu olan formada çıxıb.

Hazırda İspaniya çempionatının turnir cədvəlinə 28 xalla “Real” başçılıq edir. “Barselona” isə 24 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti turda “Barselona” “Real Sosyedad”, “Real” isə “Rayo Valyekano” ilə qarşılaşacaq.

“Barsa” ilə belə zarafat etdi - FOTO

Aut.az