İspaniya

Ulduz futbolçu “Real”ı tərk etmək istəyir: Alonsonun münasibətindən narazıdır

Yarımmüdafiəçi Eduardo Kamavinqa qış transfer pəncərəsində “Real”ı tərk etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə “Sport Bible” məlumat yayıb.

22 yaşlı fransalı futbolçu komanda daxilindəki vəziyyətindən, oyun vaxtının azlığından və baş məşqçi Xabi Alonsonun münasibətindən narazıdır. O, sabiq çalışdırıcı Karlo Ançelottinin dövründə əsas heyətə daha çox şans qazansa da, hazırkı məşqçi onu start oyunçusu kimi görmür.

Kamavinqa artıq “kral klubu”nun rəhbərliyinə La Liqanı tərk etmək istədiyini bildirib. Onun xidmətində əsas maraqlı olanlar İngiltərə Premyer Liqası təmsilçiləri – “Mançester Siti” və “Mançester Yunayted”dir. “Nyukasl” da yarımmüdafiəçi ilə yaxından maraqlanır və rəqabət aparmaq niyyətindədir.

Cari mövsümdə Kamavinqa bütün turnirlərdə cəmi üç oyun keçirib. Onun “Real”la müqaviləsi iyun 2029-cu ildə başa çatır. Transfermarkt futbolçunu 60 milyon avro dəyərində qiymətləndirir.

Aut.az