Ulduz futbolçu “Real”a keçmək istəyir
“Çelsi”nin ulduzu Enzo Fernandes “Real”a keçmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat verib.
Futbolçu klubunu dəyişmək niyyətindədir, lakin “zadəganlar”ın rəhbərliyi vəziyyətə sakit yanaşır və onu 120 milyon funt sterlinq (təxminən 139 milyon avro) qarşılığında satmağa hazırdır.
Madrid klubu hazırda ehtiyac duyduğu yarımmüdafiəçi profilini müəyyənləşdirir və Mateus Fernandes (Vest Hem) və Rodri (Mançester Siti) kimi futbolçuların namizədliyini müzakirə edir.
2025/2026 mövsümündə Fernandes 54 oyunda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.
Aut.az
