İspaniya

“Atletiko”nun onu saxlamaq planı: Bacısı ilə görüşdülər

 “Atletiko” Antuan Qrizmannla müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid klubunun rəsmiləri ötən həftə futbolçunun bacısı Maude Qrizmann ilə görüş keçirib və ona “Antuan istədiyi qədər komandada qala bilər” fikrini çatdırıblar.

Fransız hücumçu artıq Madrid klubunun əfsanəsinə çevrilib. Qeyd olunur ki, Qrizmanndan 2026-cı ilin yayında başa çatacaq müqaviləni maaşında artımla yeniləməsi istənilib.

Xatırladaq ki, bu mövsüm 33 yaşlı Qrizmann bütün turnirlərdə “Atletiko”nun heyətində 44 matçda iştirak edib, 21 qol vurub, 8 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

Aut.az