İspaniya

“Real” Avropa çempionundan əl çəkmir

“Real” rəhbərliyi hələ də “Əl-Nəsr”in müdafiəçisi Aymerik Laportu transfer etmək fikrindən əl çəkmir.

Aut.az “Diario AS”-a istinadən xəbər verir ki, Madrid klubu Avropa çempionu üçün pul ödəməyi planlaşdırmır. İspaniyalı futbolçu yalnız “Əl-Nəsr” onu pulsuz buraxmağa razı olduğu halda “kral klubu”na keçə biləcək.

Bundan əlavə, Laporte maliyyə güzəştləri etməli olacaq. “Real” ona Səudiyyə klubunda ildə qazandığı 24 milyon avronu ödəmək fikrində deyil.

Laportun klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. “Transfermarkt” onun dəyərini 20 milyon avro qiymətləndirir. O, 2023-cü ilin yayında 27 milyon avroya “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib.

Xatırladaq ki, Laport bu yay İspaniya millisi ilə Avro-2024-ün qalibi olub.

Aut.az