İngiltərəİspaniya

“Barselona”nın ulduzu MY-yə keçir?

“Mançester Yunayted” transfer pəncərəsi bağlanana qədər ən azı daha bir futbolçu ilə müqavilə imzalaya bilər.

Aut.az xəbər verir ki, bu barədə “Diario SPORT” məlumat yayıb.

“Mançester Yunayted” “Barselona”nın hücumçusu Rafinyanı transfer etmək imkanını araşdırır. Braziliyalı ağır maliyyə vəziyyətinə görə Kataloniya klubunun yollarını ayıra biləcəyi futbolçular siyahısında yer alıb.

Mənbə həmçinin qeyd edir ki, Səudiyyə Ərəbistanı klubları da Rafinha ilə ciddi maraqlanır .

“Transfermarkt” Rafinyanın dəyərini 50 milyon avro olaraq qiymətləndirir. 2023/2024 mövsümündə o, İspaniya La Liqasında 28 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Rafinya “Barselona”ya keçməzdən əvvəl “Lids”də Premyer Liqada çıxış edib.

Aut.az