Kross görün “Real”a kimi təklif etdi
“Real” İtaliyanın “Komo” klubunun argentinalı yarımmüdafiəçisi Niko Pasla maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “El Gol Digital” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu”nun keçmiş yarımmüdafiəçisi Toni Kroos rəhbərliyə 20 yaşlı futbolçuya diqqət yetirməyi tövsiyə edib . O, Nikonu yarımmüdafiəni gücləndirmək üçün ideal oyunçu kimi görür.
Niko Pas daha əvvəl “Real” sistemində olub və yalnız 2024-cü ilin yayında “Komo”ya keçib. O, İtaliya klubunda 17 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı argentinalının dəyərini 20 milyon avro qiymətləndirir.
Aut.az
