Pedrinin “Barselona”dakı gələcəyi necə olacaq?
“Barselona”nın yarımmüdafiəçisi Pedri tezliklə İspaniya nəhəngi ilə müqaviləsini uzatmaq niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə İnsayder Toni Xuanmarti məlumat yayıb.
Yeni müqavilənin 2030-cu ilə qədər qüvvədə olması gözlənilir. Kataloniyalıların sənədləri tamamlamaq və ispaniyalı ilə sözləşməni 2024-cü ilin sonuna qədər uzatmaq istədiyi bildirilir.
Qeyd edək ki, Pedri bu mövsüm “Barsa”nın heyətində 25 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
