Karyerasını bitirəndə Vinisiusa bu vəzifə təklif olunacaq
La Liqanın prezidenti Xavyer Tebas karyerasını bitirdikdən sonra Vinisiusa təklif edə biləcəyi işdən danışıb.
Aut.az xəbər verir ki, Tebas bu barədə İspaniya mətbuatına müsahibəsində deyib.
“Vinisius irqçiliklə mübarizədə lider olduğu üçün irqçi sui-istifadəyə məruz qalır. Hazırda aktiv futbolçu olduğu üçün La Liqanın səfiri ola bilməz. Amma o, təqaüdə çıxanda, əlbəttə ki, ona bu vəzifəni təklif edəcəyik”, – Tebas deyib.
Prezident La Liqanın irqçiliyin kökünü kəsmək üçün gördüyü işləri də vurğulayıb: “İspaniya irqçi bir ölkə deyil, lakin irqçi davranış halları mütləq mövcuddur. Saydan danışmayacağam, çünki bir hal olsa belə, onun kökünü kəsmək üçün mübarizə aparmaq lazımdır”.
Tebas 2013-cü ildən La Liqaya rəhbərlik edir.
Aut.az
