Olimpiadada ulduz oldu, “Barsa” əl-ayağa düşdü
“Barselona” 21 yaşlı yarımmüdafiəçi Fermin Lopesin Olimpiadanın futbol turnirindəki parlaq çıxışından sonra onunla müqaviləni yaxşılaşdırmağı planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu Lopesin altı qol vurduğu və iki məhsuldar ötürmə verdiyi Olimpiya Oyunlarında çıxışından sonra digər klublardan da ona marağın artacağından xəbərdardır. “Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flikin də Lopesin 2024-cü il Olimpiadasındakı oyun səviyyəsini yüksək qiymətləndirdiyi vurğulanır.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
Aut.az
