İspaniya

Yamal imicini dəyişdi: Özünü kumirinə bənzətdi – VİDEO

“Barselona”nın gənc istedadı Lamin Yamal imicində gözlənilməz dəyişiklik edərək pərəstişkarlarını təəccübləndirib.

Aut.az xəbər verir ki, ispan futbolçu saçlarını rəngləyərək, özünə klubun keçmiş cinah oyunçusu Neymarın əfsanəvi görünüşünə çox oxşar saç düzümü seçib. Yamal bu yaxınlarda Səudiyyə Ərəbistanında tanış olduğu kumirinə bənzəyir.

Xatırladaq ki, bu mövsüm “Barselona”nın 17 yaşlı lideri La Liqada 16 matçda 5 qol vurub, 9 məhsuldar ötürmə edib.

Aut.az