Mask “Liverpul”u alır – Atası təsdiqlədi
Milyarder İlon Maskın atası Errol Mask oğlunun “Liverpul”u satın almağı planlaşdırdığı ilə bağlı şayiələrə münasibət bildirib.
– Oğlunuz “Liverpul” futbol klubunu almaq istəyir?
– Bu barədə şərh verə bilmərəm, qiyməti qaldıracaqlar. Bəli, istəyini bildirdi, amma bu o demək deyil ki, sonda klubu alacaq.
– “Liverpul” alınması oğlunuzun hədəfində idi?
– Aydındır ki, “Liverpul”u almaq istəyərdi. Bunu hamı istəyər, elə mən də. Onun nənəsi Liverpulda anadan olub, bizim Liverpulda qohumlarımız var. Və bizim bəxtimiz gətirdi ki, “Beatles”dən bir neçə nəfəri tanıyaq, çünki onlar mənim ailəmlə birlikdə böyüyüblər. Bilirsiniz, biz Liverpula bağlıyıq…
2024-cü ildə İlon Maskın sərvəti 195 milyard dollar olaraq qiymətləndirilib. O, bu dünyanın ikinci ən varlı adamı sayılır.
Aut.az
