Arteta ona görə narahatdır: Əvvəllər problemi olmayıb
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının mərhələ oyununda “Slaviya”ya qarşı matç öncəsi Viktor Gyökeresin durumundan danışıb.
Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis isveçli futbolçunun görüşdə iştirak etməyəcəyini bildirib:
“O, meydana çıxmayacaq. Son məşqə çıxmadı və zədənin dərəcəsini qiymətləndirmək üçün qarşıdakı bir neçə gün ərzində əlavə testlər və müayinələr aparmalıyıq. Amma bu oyunda iştirak edə bilməyəcək.
Narahatam, çünki onun əvvəllər ciddi əzələ problemi olmayıb, lakin bu dəfə özünü narahat hiss etdiyi üçün meydanı tərk etməli oldu. Bu, yaxşı siqnal deyil. Xüsusilə partlayış gücü yüksək olan oyunçu üçün. Buna görə vəziyyəti daha dərindən araşdıracağıq və zədənin nə qədər ciddi olduğunu dəqiqləşdirəndən sonra məlumat verəcəyik”.
Qeyd edək ki, “Slaviya” – “Arsenal” oyunu noyabrın 4-də saat 20:45-də keçiriləcək.
